Proits “Professional Information Technologies Solutions” 2018-ci ildə müxtəlif sahələr üzrə müştərilərə biznes proseslərində İnformasiya Texnologiyaları və Telekommunikasiya həllərinin düzgün tətbiqi məqsədilə yaradılmışdır. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları bazarında yeni texnologiyaların tətbiqi və müxtəlif texnologiyalar arasında inteqrasiya həlləri xidmətlərinin həyata keçirilməsidir. 
Şirkət daim yenilikçiliyi və inkişaf dinamikası ilə seçilərək xüsusi ixtisaslaşmış mütəxəssisləri vasitəsi ilə biznes sahiblərinə İT strategiya və konsaltinq xidmətləri təqdim etməkdədir.

Missiyamız

Missiyamız müxtəlif sahələr üzrə müştərilərə operativ və peşəkar İnformasiya Texnologiyaları həllərini həyata keçirməkdir.

Məqsədimiz

Məqsədimiz İnformasiya Texnologiyaları sahəsində qabaqcıl şirkətlərdən biri olmaqla yanaşı, ölkədə yerli bazarın inkişafı və yeni texnologiyaların tətbiqini təmin etməkdir.