Proits şirkəti ofis otaqları və yaşayış kompleksləri, sənaye-istehsal və anbar kompleksləri, həmçinin onları əhatə edən ərazilərdə videomüşahidə və əlçatarlığa nəzarət sistemlərinin quraşdırılmasını təmin edir. Sistem, videokameralardan daxil olan məlumatların saxlanması, təhlili və işlənməsi üçün təhlükəsizliyin təminatında müasir texnologiyaları tətbiq etməyə imkan verən IP-videomüşahidədən istifadə olunmaqla həyata keçirilir. Müştərinin ehtiyaclarından və videomüşahidə layihəsinə ayıra bildiyi büdcədən asılı olaraq maksimal təhlükəsizlik səviyyəsi və minimum "kor" zonalar təmin edən optimal texniki vasitələr və sxemlər təqdim olunur.
Kameraların qoşulması üçün sertifikatlaşdırılmış mis və ya optik-lif kommunikasiyalarından istifadə olunur.Tətbiq olunan rəqəmsal videomüşahidə sistemi analoq sistemi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir:
Əlçatarlığa nəzarət sistemlərinin tətbiqini, icazəsiz girişin qarşısını alan və məkanın daxili sahəsini personal üçün məhdudlaşdıran texniki vasitələrin quraşdırılmasını təklif edirik:
yarımboy və tamboy turniketlər, elektromexanik və elektromaqnit qıfıllar, cəftələr, şlaqbaumlar, darvazalar və digər vahid perimetr yaradan və ərazini müxtəlif səviyyəli təhlükəsizlik zonalarına bölən vasitələr;
kart, asqı və ya sahibinin rəqəmsal kodunu saxlayan və onun yetərlilik hüquqlarını müəyyən edən nişanlar kimi form-faktorlar şəklində hazırlanmış tanıma qurğuları;
identifikatorların (müəyyənedicilərin) və maneə qurğularının qarşılıqlı əlaqəsini və konkret əməkdaşların, qonaqların və digər təyin edilmiş şəxs kateqoriyalarının yetərlilik hüquqları barədə məlumatları yaddaşında saxlayan kontroller;
işçi personalının iş zamanı hesabatını aparmaq üçün qurulan giriş və çıxışa nəzarət sistemləri.
Mütəxəssislərimiz nəzarət sisteminin videomüşahidə, həyəcan və yanğın siqnalizasiyası modulları və digər təhlükəsizliyi təmin edən sistemlərlə inteqrasiyasını həyata keçirir.
Videomüşahidənin tətbiqi müəssisələrdə və obyektlərdə maddi dəyərlərin oğurlanmasının və əmlaka ziyan yetirilməsinin qarşısını almağa, biznes proseslərini optimallaşdırmağa və əməkdaşların intizamını yüksəltməyə və ümumi olaraq təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcəkdir.