İT-autsorsinq ixtisaslaşdırılmış mərkəzlər tərəfindən həyata keçirilən, müəssisənin İT-infrastrukturunun abunə prinsipi ilə dəstəklənməsi, ona xidmət olunması və modernləşdirilməsidir. İT-autsorsinq xidmətinə avadanlıq və ya proqram təminatının tam müşayiəti və ayrı-ayrı istiqamətlərin (proqramlaşdırma, hostinq, testdən keçirilmə və digər) dəstəklənməsi daxildir.
Proits şirkəti biznesin İT-infrastrukturunun dəstəklənməsi üzrə kompleks xidmətlər təklif edir:
problemin tam şəkildə araşdırılması – şirkətimizin personal ştatında informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə mütəxəssislər var ki, bu da meydana çıxan hər hansı bir məsələnin dərindən öyrənilməsinə zəmin yaradır;
hesabatlarların tez bir şəkildə tərtib edilməsi – müştəri şirkətin konkret iş istiqamətinin bilgisi, bizim mütəxəssislərə hər hansı ştatlı menecerdən dəfələrlə tez bir formada qarşıya qoyulmuş maliyyə, hüquqi və s. məsələlərin öhdəsindən gəlməyə imkan verir;
göstərdiyi fəaliyyətin tam məsuliyyəti – Proits yerinə yetirdiyi araşdırmaların dəqiqliyinə, sənədlərin təhvil vermə müddətlərinə görə maddi məsuliyyət daşıyır.
Biz kompüter texnikasının, proqram təminatının qurulmasının, periferiyanın sazlanmasının, kartriclərinizin doldurulmasının tam xidmət servisini təklif edirik. Əlavə olaraq topdansatış qiymətlərlə ofisin kompüterlər və digər texnika ilə təchizatını təmin edirik.