Proits şirkəti ofis otaqları və yaşayış kompleksləri, sənaye-istehsal və anbar kompleksləri, həmçinin onları əhatə edən ərazilərdə videomüşahidə və əlçatarlığa nəzarət sistemlərinin quraşdırılmasını təmin edir. Sistem, videokameralardan daxil olan məlumatların saxlanması, təhlili və işlənməsi üçün təhlükəsizliyin təminatında müasir texnologiyaları tətbiq etməyə imkan verən IP-videomüşahidədən istifadə olunmaqla həyata keçirilir. Müştərinin ehtiyaclarından və videomüşahidə layihəsinə ayıra bildiyi büdcədən asılı olaraq maksimal təhlükəsizlik səviyyəsi və minimum "kor" zonalar təmin edən optimal texniki vasitələr və sxemlər təqdim olunur.
Kameraların qoşulması üçün sertifikatlaşdırılmış mis və ya optik-lif kommunikasiyalarından istifadə olunur.Tətbiq olunan rəqəmsal videomüşahidə sistemi analoq sistemi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir:
Videomüşahidənin tətbiqi müəssisələrdə və obyektlərdə maddi dəyərlərin oğurlanmasının və əmlaka ziyan yetirilməsinin qarşısını almağa, biznes proseslərini optimallaşdırmağa və əməkdaşların intizamını yüksəltməyə və ümumi olaraq təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcəkdir.