Proits şirkəti informasiya və kommunikasiya texnologiyalarının mövcud istifadəsinin səmərəliliyini müəyyən etməklə müştərilərə düzgün yollar və həllər təklif edir. Mütəxəssislərimiz tərəfindən biznes proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üsulları seçilərək həm texniki həm də maliyyə resursları hesablanılaraq layihə təqdim edilir. Layihələrin ilkin texniki şərtnamələrinin hazırlanması, qiymətləndirilməsi, həyata keçirilməsinə nəzarət və idarə olunması kimi işlərin görülməsinə tam zəmanət verilir.
Konsaltinq sahəsinə aid təkliflərimiz İT infrastrukturun quruluşu, avtomatlaşdırması və optimallaşdırılması ilə bağlı xidmətlərin olduqca geniş spektrini nəzərdə tutur. Müştəri şirkətin problemlərini aşkarlamaq məqsədilə auditlər həyata keçirir və nəticələrə əsaslanaraq müvafiq həllər təqdim edirik. Mütəxəssislərimiz tərəfindən təqdim edilən həllər müştərilərin biznes proseslərinin, İT fəaliyyətinin aralıqsız davam etməsininin, İT infrastrukturunun və bura daxil olan bütün sistemlərin səmərəliliyinin artırılmasının, kompleks infrastrukturunun inkişafına ayrılmış xərclərinin azaldılmasının və İT sahəsinin restrukturizasiyasının layihələndirməsinin təmin edilməsinə köməklik edir.
Texniki audit müəssisənin elmi-texnoloji, istehsal və təşkilati-idarəetmə potensialını kompleks şəkildə araşdırmaq üçün həyata keçirilir. Əldə olunan nəticələrin əsasında müəssisə üçün məhsuldarlığın və rəqabət gücünün artırılması, əməliyyat xərclərinin azaldılmasına yönəldilmiş strategiya formalaşdırılır. Texniki audit texnoloji riskləri ölçərək ətraf mühitə nəzarəti təmin edir.
Sistemli şəkildə inteqrasiya olunmuş şirkət infrastrukturu əsas biznes sistemləri və prosesləri arasındakı maksimum dərəcədə sürətli qarşılıqlı əlaqəni təmin edir, İT sistemlərinin biznes vəzifələrinin həllində səmərəliliyini artırır, yeni sistem və proseslərin tətbiq olunmasını asanlaşdırır. İnformasiya sistemlərinin inteqrasiyası istənilən səviyyəli korporativ verilənlərlə işin təşkil olunmasını təmin edir, itki və xətaların qarşısını alır, verilənləri mühafizə edir, şirkətin informasiya məkanına vahid giriş nöqtəsi yaradır. Mütəxəssislərimiz tərəfindən təqdim olunan həllər şirkət üçün vahid informasiya sistemi yaradaraq İT infrastrukturun müxtəlif komponentləri arasındakı məlumat mübadiləsində baş verə biləcək hər hansı xətaların sayını azaldır.