Şirkətimizin əsas məqsədi – İT şəbəkə infrastrukturunun yaradılmasını, tətbiq olunan sistemlərin etibarlılığını, davamlılığını və təhlükəsizliyini təmin etməkdir.
Proits həcmindən asılı olmayaraq hər müəssisə üçün aşağıdakı istiqamətlər üzrə şəbəkə həlləri təklif edir:
Şirkətimizin imkanları və geniş tərəfdaş dəstəyi təhlükəsizlik, optimallaşdırma və idarəetmə baxımından şəbəkənin bütün seqmentlərini əhatə etməyə qadirdir.
Strukturlaşdırılmış kabel şəbəkələri
Mütəxəssislərimiz tərəfindən yerinə yetirilən xidmətlərdən biri də - biznes üçün strukturlaşdırılmış kabel sistemlərinin hazırlanması və quraşdırılması xidmətidir.
Strukturlaşdırılmış kabel sistemləri - müəssisənin rabitə kabellərindən, ayırıcılardan və kommunikasiya avadanlığı vasitəsilə qurulan informasiya və kommunikasiya sahəsinin əlaqələndirici əsasıdır. Bütün bunlar birlikdə müəssisənin lokal şəbəkəsinin bazasını yaradırlar.
Strukturlaşdırılmış kabel sistemlərinin quraşdırılması zamanı hər bir otağa bölüşdürülən kommunikativ ayırıcıların sayı və konfiqurasiyası, telefoniyanın mövcudluğu, sürət və digər bütün nüanslar nəzərə alınır.