HelpDesk - müəssisənin həm daxili, həm də xarici sorğularının qeydiyyatını aparan avtomatlaşdırılmış texniki dəstək sistemidir. Hər hansı HelpDesk-həllin mütləq komponenti - sorğulara nəzarət modulunun mövcudluğudur.
İT üzrə tapşırıqların keyfiyyətlə və avtomatik yerinə yetirilməsi, yaranmış problem və xətaların idarəetməsi, konfiqurasiya idarəetməsinin təkmilləşdirilməsi sahəsində olduqca güclü və eyni zamanda istifadəsi asan olan sərfəli həllər təklif edirik. Proits şirkətinin təklif etdiyi həllər kiçik və orta biznesdə və sənaye sahəsində İT idarəetmənin keyfiyyətini və iş prosesinin məhsuldarlığını artırır, xidmət səviyyələrini optimallaşdırmaqla müvafiq xərcləri azaldır və İT infrastrukturunun idarəetmə mexanizmini strateji biznes hədəflərlə ahəngliyini təmin edir.
İT infrastrukturunun düzgün idarə edilməsi ilə biznes proseslərin fasiləsiz çalışmasını təmin etmək bütün qurumlar üçün çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə bəzi müəssisələr uzaqdan idarə edilə bilən İT Servis İdarəetməni seçirlər.
Uzaqdan idarə edilə bilən İT Servis xidmətlərinə daxildir:
Xəta sorğularının idarəetmə mexanizmi, biznes proseslərinin idarə edilməsi üçün uyğunlaşdırıla bilən sistem vasitəsilə, hadisələrin tam olaraq yaranmasından həll edilməsinə qədər dövriyyəni avtomatlaşdırır və bununla da mühüm İT xidmətlərinin fasiləsiz təminatını mümkün edir. Analitik hesabatlar işlərin arxayın və davamlı getməsi üçün doğru, müvafiq və vaxtında məlumat təqdim edir. Xəta sorğularının idarəetməsi üzrə həllər, hadisələrin baş verməsi barədə məlumatların daxil olması üçün etibarlı sistem yaradaraq xətaların idarə edilməsi istiqamətində müvafiq tədbirləri avtomatlaşdırır. Bununla da hadisələrlə bağlı əlaqələrin və araşdırmanın gedişatının izlənilməsi təmin edilir.