Proits şirkəti sistem və şəbəkə avadanlıqlarının satışını və bütün növ müəssisə və təşkilatlar üçün müasir informasiya infrastrukturlarının və kompleks həllərin həyata keçirilməsini təmin edir.

Mərkəzi idarəetmə sistemləri:

  • İnformasiyanın qorunması, məlumatlardan və resurslardan istifadənin mümkünlüyü
  • Əməliyyat Sistemlərinin (ƏS) quraşdırılması
  • Poçt serverlərinin quraşdırılması və inzibati idarə olunması
  • Antivirus Server Proqram Təminatının qurulması, mütəmadi olaraq yenilənməsi, onun bütün təhlükələri dəf edə biləcəyini və yaxud müdaxiləyə ehtiyacın olub-olmamasının yoxlanılması
  • Çap serverlərinin qurulması. Printerlərə olan yüklənməni bölüşdürməyə, bu və ya digər istifadəçiyə hər hansı bir printerdə çap etməyə icazəni verib-verməmə imkanını təmin edən sistemlərin qurulması
  • İT sistemlərin səmərəliliyinin, geniş miqyaslılığının və etibarlığının yüksək səviyyəsini təmin edən infrastruktur həlləri
  • DNS və DHCP Server həlləri
  • VPN sisteminin qurulması

Virtual server həlləri

Resursların virtuallaşdırılması – serverlərin və server sistemlərinin bir aparat platforması çərçivəsində, sistemin funksionallığını tam saxlamaq şərtilə izolə edilmiş surətlərinin yaradılmasının effektiv alətidir. Bu metod əməliyyat sistemlərinin çalışması üçün zəruri olan bütün qurğuların emulyasiyasından istifadəni nəzərdə tutur. Virtuallaşdırma aparat infrastrukturunun inkişafında ən perspektiv optimallaşdırma metodlarından biri kimi qəbul edilir.

Virtuallaşmanın həll edə bildiyi əsas məsələlər aşağıdakılardır:

  • hesablama resurslarının, ümumi gücünün artırılması ilə müşayiət olunan birləşdirilməsi və optimallaşdırılması;
  • imtinalara və sıradan çıxmalara yüksək davamlılığı olan əlçatar sistemlərin yaradılması;
  • uzaq məsafəli ofislə iş;
  • proqram təminatının işinin layihələndirilməsi və testdən keçirilməsi üçün istifadə;
  • məlumatların işlənməsinin əsas mərkəzi və ya rezerv mərkəzi funksiyaları olan virtual maşınların yaradılması.

Rezervləmə və Backup sistemləri mövcud işlək sistemlərin mütəmadi olaraq surətinin çıxarılması, gözlənilən və gözlənilməyən hallarda (əsas məlumat daşıyıcılarında itki, qırılma, təsadüfi silinmə, proqram təminatlarının normal işləməməsi) geriyə qaytarılması ilə müşayət olunan sistemlərdir. Proits şirkəti olaraq müştərinin bütün növ sistem və data məlumatlarının avtomatik kopyalanması və güvənli bir şəkildə saxlanılmasını təmin edən sistemləri böyük peşəkarlıqla qura bilirik.

Disaster recovery sistemləri istənilən növ fəaliyyət sahəsinda çalışan müəssisə və təşkilatların İT infrastrukturlarının problem yaşadığı və hətta tamamən çökdüyü anlarda xüsusi ardıcıl hərəkətlər toplusudur ki, onların nəticəsi olaraq şirkətlərin biznes fəaliyyəti dayanmamalı və öz işinə davam etməlidir. Başqa sözlərlə ifadə etsək DRS şirkətin İT mütəxəssislərinin bu sahədə baş verə biləcək fors-major halları üçün öncədən hazırlanmış, kifayət qədər aydın və dəqiq addımlar ardıcıllığından ibarət rəsmi bir sənəddir.

İnformasiyanın təhlükəsizliyi

  • konkret müəssisələrə qarşı istiqamətləndirilən virus və haker hücumlarından müdafiə
  • müasir şifrlənmə sistemlərinin hazırlanması
  • simsiz birləşmələrin, mobil qurğuların və “ağıllı” elektronikanın qorunması
  • etibarlılığın və imtinaya qarşı davamlılığın təmin edilməsi üzrə metodların hazırlanması və tətbiqi   (klasterizasiya, virtualizasiya və s. innovasiya texnologiyaları)

File Server sistemləri istifadəçinin məlumatlarını strukturlaşdırılmış halda saxlamağa imkan verir. Müxtəlif  istifadəçilərə fayllar üzərində işləməyə icazə və ya da qadağa qoymağı bacaran sistemlərdir. Peşəkar mütəxəssislərimiz vasitəsilə müştərinin vermiş olduğu texniki tapşırıq və ya tələbə əsasən istənilən formada və qəlizlikdə FİLE SERVER sistemləri yaradılmasını təmin edirik.

Bulud həllər vasitəsilə yüksək səviyyəli mexaniki, elektrik və kiber təhlükəsizlik nəzarəti ilə təchiz edilmiş, yeni texnologiyalardan istifadə edilərək qurulmuş olan məlumat mərkəzlərimizdə yer icarəsi xidmətlərimizdən faydalanaraq istər şirkət daxili proqramlarınızda istifadə etdiyiniz serverləri, istərsə də müştərilərə təqdim etdiyiniz xidmət serverlərini bizdə icarəyə götürə bilərsiniz. Bu sizin vaxtınıza, büdcənizə qənaət etməklə bərabər, həm də bu sistemlərə texniki qulluğun necə aparılması kimi məqamları rahat bir şəkildə aşmanıza kömək olacaq.

Bulud texnologiyaların üstünlüyü:

Texnoloji olmaları. Məlumatın saxlanılması, təhlili və işlənməsi üçün daha böyük resursların mövcudluğu.

Mobillik. Bir ofisə, yaxud bir iş yerinə bağlı olmamaları.

İcarəli olmaları. Siz yalnız seçdiyiniz xidmətlər paketinə görə və konkret zaman kəsiminə görə ödəniş edirsiniz.

Qənaət. Siz korporativ informasiyanın saxlanması üçün lokal İT-texnologiyalar yaratmaq və bunlara xidmət etmək üçün işçi personal yığmaq zərurətindən yaxa qurtarırsınız.

Əlçatarlıq. İşçi məlumatlara və verilənlərə qoşulmaq üçün yalnız ofis kompüterindən istifadə etmək məhdudiyyəti olmur. İnternetə qoşulmaq imkanı olan hər bir məkandan siz bunu edə bilərsiniz.

Rahatlıq. Lazım olan resursları siz avtomatik olaraq əldə edirsiniz.

Şəbəkələrin idarəolunması

Mövcud kommunikasiya şəbəkəsi (LAN / WAN / WLAN / INTERNET) infrastrukturunuzu peşəkar İT komandamız vasitəsilə analiz edə, çatışmazlıqları və qırılma nöqtələrini aşkara çıxara, ən optimal və təhlükəsiz şəkildə idarə edə bilərsiniz.

Məlumatların işlənmə mərkəzləri – avtomatik rejimdə işləyən və biznes-proseslərin stabil işi üçün zəruri olan informasiya mübadiləsinə xidmət edən imtinayadavamlı komplekslərdir. Bu mərkəzləri fərqləndirən əsas xüsusiyyətlər – göstərdikləri xidmət kompleksi və avadanlığın məhsuldarlıq göstəricisidir. Hesablama güclərinin 24 saat işləməsi səbəbindən Məlumatların işlənmə mərkəzlərinin istilik ayırma effekti o qədər böyükdür ki, sistemin stabil işi üçün onun yerləşdiyi otaqların soyutma sistemləri ilə təchiz edilməsi zəruridir.

Proits soyutma sistemləri üçün təmir işləri, ehtiyat hissələrinin alınması və quraşdırılması, zəmanətdən sonrakı texniki xidmət, professional quraşdırma və servis xidmətlərinin göstərilməsini həyata keçirir.