CallCenter - potensial və artıq mövcud olan müştərilərin informasiya dəstəyi və müşayiətinin çevik aləti hesab edilir. İnnovativ CallCenter sistemləri telefon zənglərindən başqa saytlardan, e-mail-lərdən və digər texniki vasitələrdən daxil olan məlumatları da qəbul etmə imkanı yaradır.
Çağrı mərkəzinin mövcudluğu xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsinə, qurumların resurslarından daha səmərəli istifadəsinə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanmasına, istək və müraciətlərin operativ həllinə, müvafiq məlumat bazalarının optimallaşmasına və mütəmadi yenilənməsinə gətirib çıxarır.
Proits şirkətinin təqdim etdiyi Çağrı Mərkəzi sistemin xüsusiyyətləri:
Operatorların yüklənməsini azaldan və insan müdaxiləsi tələb etmədən sorğuları avtomatik həll etməyə imkan verən xüsusi güclü IVR;
Bütün əməliyyatları və nəzarəti "bir pəncərə" formatında həyata keçirməyə imkan verən CRM və daxili sistemlərlə tam inteqrasiya;
Universallıq, yəni hər hansı İATS-la inteqrasiya imkanı və sifarişçinin avadanlığa çəkilən xərclərinin azalması. Sistemin çoxlu sayda geniş yayılmış interfeysli ayrıca rəqəmsal stansiya kimi istifadə olunmasının mümkünlüyü;
Səsin tanınma və dəyişdirilməsi funksiyaları (ASr və TTS). Bu funksiyalar istifadəçinin sistemlə ünsiyyətinin səs vasitəsilə, yəni telefon əlaqəsi üçün ən təbii olan yolla qurulmasına imkan verir;
Həllin qiymət cəlbediciliyi və krossplatformalığı ilə uzlaşan etibarlılığı və imtinayadavamlılığı.